Bastian Şvaynştayger "Mançester Yunayted"in əsas komandası ilə məşqlərə başlayıb.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçinin məşqdəki şəkli sosial şəbəkələrdə ortaya çıxıb. Klub bu barədə məlumat verməyib. Ötən gün Joze Mourinyonun istəyi ilə Bastiana U-23 komandasında meydana çıxmağın qadağan olunması xəbəri yayılmışdı.
Milli.Az