İslam Əməkdaşlıq Təşkilatının baş katibi istefa verib

İslam Əməkdaşlıq Təşkilatının baş katibi istefa verib
00:32 1 Noyabr 2016
50 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 1 noyabr. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad Madani istefa verib.
"Report" xəbər verir ki, bu barədə "Əl-Arabiyyə" telekanalı məlumat yayıb.
Bir çox müşahidəçilər Madaninin gedişini onun bu yaxınlarda Misir prezidenti Əbdül Fəttah əs-Sisinin ünvanına səsləndirdiyi zarafat ilə əlaqələndirirlər. Bu zarafat bir çox ərəb ölkələrində böyük narazılığa səbəb olmuşdu.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR