23 yaşlı azərbaycanlı qız biznesmeni lüt şəkilləri ilə şantaj etdi - VİDEO

23 yaşlı azərbaycanlı qız biznesmeni lüt şəkilləri ilə şantaj etdi  - VİDEO
12:53 1 Noyabr 2016
332 Dünya
Ölkə mətbuatı
A- A+

İstanbulda azərbaycanlı qadın iş adamını çılpaq fotoları ilə şantaj edib.

Publika.az xəbər verir ki, polisə müraciət edən iş adamı Mustafa T. tələyə düşdüyünü, qaçırılaraq silahla təhdid olunduğunu və sənəd imzalamağa məcbur edildiyini deyib.

“Azərbaycandakı mağazalarımda əvvəl müdir olaraq işləyən qadın İstanbulda qaldığım otelə gələrək, axşam yeməyinə çıxmaq istədiyini dedi. Yanında bir qadın rəfiqəsi də var idi. Sarıyerdə bir villaya getdik. Villada biri iki nəfər silahlı şəxs qarşıladı. Çılpaq qadınlarla birlikdə uyğunsuz vəziyyətdə fotolarımı çəkdilər. Dedilər ki, ya bir milyon lirə verməliyəm, ya da fotoları yayacaqlar. Üzərimdəki pulları və zinət əşyalarını alaraq, məni bir milyonu gətirməyim üçün sərbəst buraxdılar. Bir milyon borcum olduğuna dair sənəd də imzalatdırdılar”, - deyə iş adamı bildirib.

Məlumata görə, İstanbul polisinin keçirdiyi əməliyyat nəticəsində Azərbaycan vətəndaşı Latifa M. (23), Özbəkistan vətəndaşı M.S. (22) və iş adamını silahla təhdid edən Ş.K.Y. (25), T.B. (27) həbs olunub.



Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/174300.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR