Azərbaycan ikili vətəndaşlığı olan şəxsi axtarışa verib - FOTO

Azərbaycan ikili vətəndaşlığı olan şəxsi axtarışa verib - FOTO
18:05 1 Noyabr 2016
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası (AR) daha bir şəxsi "İnterpol" xətti ilə beynəlxaq axtarışa verib.

Milli.Az report-a istinadən bildirir ki, Nazim Aslanov adlı şəxs AR Cinayət Məcəlləsinin 234.2 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə ittiham olunur.

1976-ci il təvəllüdlü N.Aslanov Masallı rayonunun Mahmudavar kəndində anadan olub, Azərbaycan və Rusiya Federasiyasının vətəndaşıdır, Azərbaycan və rus dillərini bilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/485310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR