40 qamçı və 5 gün həbsdə olan iranlı model öz hərəkətləri ilə dünyada məşhurlaşdı

40 qamçı və 5 gün həbsdə olan iranlı model öz hərəkətləri ilə dünyada məşhurlaşdı
10:26 2 Noyabr 2016
166 Şou
Ölkə mətbuatı
A- A+

15 yaşında olarkən dostlarından birinin evində verdiyi partidə mini yubka geyindiyi üçün 40 qamçı və 5 gün həbslə cəzalandırılan 35 yaşlı iranlı modelyer Tala Raassi yeni addımı ilə ölkə gündəminə düşüb.

Axşam.az-ın “Hurriyet”-ə istinadən verdiyi məlumata görə, 20 il öncə yaşadığı pis günləri unutmayan gənc qadın ABŞ-a köçərək orda xəyallarını gerçəkləşdirib. O, “Dar Be Dar” adını verdiyi çimərlik geyimi kolleksiyası ilə ABŞ moda aləmində məşhurlaşıb.

“Müsəlman bir qadın olaraq çimərlik geyimləri kolleksiyası hazırladığım üçün məni bir çox qalmaqallara ortaq etmək istədilər və insanlar düşünmədən məni tənqid etməyə başladılar. O insanlar bilsinlər ki, mən çimərlik geyimləri hazırlayıram, çünki bu işi sevirəm və moda dünyasında bu sahədə formalaşmaq istəyirəm.

Azadlıq nə geyim, nə də hər hansı bir hərəkətlə deyil, həyatda nə etmək istədiyinə dair seçimini etməkdir. Bir qadın çimərlik paltarı və ya burkini geyinsə, fərq etməz. Bu, sizin öz seçiminizdir və seçiminiz sizə güc verir”, - deyə T. Raassi “Mail Online”-a verdiyi reportajda bildirib.
Tala Raassi 2010-cu ildə “Miss Universe” Gözəllik Müsabiqəsinin sponsoru olub və ABŞ-da böyük satış uğuru əldə edib. 2012-ci ildə “Newsweek” tərəfindən Hillari Klintonla “Dünyanın ən qorxusuz qadını” seçilib. Onun eyni ildə “Fashion is Freedom” (“Moda azadlıqdır”) adlı kitabı dərc olunub.












Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60314

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR