KİV: İraq HHQ Mosulda yüzə yaxın yaraqlını məhv edib
Paylaş
40 baxış·1 dəq oxu
Bakı. 2 noyabr. REPORT.AZ/ İraq Hərbi Hava Qüvvələri Mosula hava zərbələri zamanı İŞİD terror qruplaşmasının yüzə yaxın yaraqlısını məhv edib. Bu barədə "Report" TASS-a istinadən xəbər verir. "Əl-Cəzirə" telekanalı İraq ordusunun Mosul yaxınlığında 11 yaşayış məntəqəsini azad etdiyini, eləcə də şəhərin şərqindəki Kokcalı rayonuna nəzarəti tam ələ keçirdiyini xəbər verib.