"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Belçika və Rusiya klublarından təklif alıb

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Belçika və Rusiya klublarından təklif alıb
11:12 2 Noyabr 2016
40 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 2 noyabr. REPORT.AZ/ "Xəzər Lənkəran" futbol komandasının sabiq baş məşqçisi Mirça Rednik 2 tanınmış klubdan təklif alıb. Bu barədə "Report"un Şərqi Avropa müxbirinə rumıniyalı mütəxəssisin özü məlumat verib.
O bildirib ki, təkliflərdən biri Belçikadan, digəri Rusiyadan gəlib. Lakin Rednik həmin komandaların adlarını açıqlayıb. 54 yaşlı baş məşqçi danışıqlara gələn həftə yollanacağını bildirib.
Qeyd edək ki, Mirça Rednik 2010-cu ilin iyulundan 2011-ci ilin dekabrınadək "Xəzər Lənkəran"ın sükanı arxasında olub. Onun rəhbərliyi altında "ağ-yaşıllar" 2010-2011-ci il mövsümündə Azərbaycan Kubokunu və Premyer Liqanın gümüş mükafatını qazanıb. 

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/xezer-lenkeran-in-sabiq-bas-mesqcisine-belcika-ve-rusiya-klublarindan-teklif-gelib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR