Rəqibin heyətində böyük boşluq - 6 futbolçu...

Rəqibin heyətində böyük boşluq - 6 futbolçu...
10:43 3 Noyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu gün “Qarabağ”ı qəbul edəcək PAOK-un iştirak ərizəsi açıqlanıb.

Publika.az xəbər verir ki, baş məşqçi Vladimir İviç ilkin heyətə 19 futbolçunun adını salıb. Matçın startına bir saat qalmış daha bir futbolçu heyətdən kənarlaşdırılacaq. Avroliqa üçün sifariş olunmuş gəncləri nəzərə almasaq, PAOK-un əsas siyahısından 6 oyunçunun kənarda qaldığını görərik.

Saloniki təmsilçisinin əsas itkisi yarımmüdafiəçi Dimitris Pelkas və hücumçular Calma Kamposla Eftimis Kolourisdir. Çoxdandı zədəli olan Pelkas fərdi məşqlərə başlasa da, onu bu görüşə yetişdirmək mümkün olmayıb. Dünənki məşqdə sağ ayağından xəsarət alan Kampos isə noyabrın sonuna qədər komandaya kömək edə bilməyəcək. PAOK-un ən sərrast hücumçularından olan Kolourisin yoxluğunu da ciddi itki hesab etmək olar.

PAOK-un iştirak ərizəsi

Qapıçılar: 23. Jelko Brkiç, 71. Panagiotis Qlikos

Müdafiəçilər: 3. Leo Matos, 4. Marin Leovats, 13. Stelios Malezas, 15. Xose Anxel Krespo, 31. Georgios Tzavellas, 43. Fernando Varela, 70. Stelios Kitsiu

Yarımmüdafiəçilər: 8. Haris Harisis, 16. Qoyko Tsimirot, 21. Dieqo Bisesvar, 24. Qarri Rodriges, 27. Yannis Mistakidis, 28. Yevgeni Şakov, 87. Xose Kanas

Hücumçular: 7. Mame Baba Tiam, 14. Fakundo Pereyra, 33. Stefanos Atanasiadis

PAOK – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 00:05-də “Tumba” stadionunda start götürəcək.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR