Türkiyədə toxunulmazlıq hüququnun ləğvi barədə Konstitusiyaya düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunan, bu səbəbdən dindirilmələri üçün məhkəməyə çağırılan və gəlməyən Xalqların Demokratik Partiyasının (HDP) 11 deputatının həbsi barədə qərar icra olunub. Proses çərçivəsində HDP həmsədri Figen Yüksəkdağ Şenoğlu Ankarada, partiyanın digər həmsədri Səlahəddin Dəmirtaş isə Diyarbəkirdə saxlanılıblar.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, Dəmirtaşın tutulduğu anların görüntüləri yayılıb. Görüntülərdə HDP üzvü olan vəkillər - Beştaş və Muş millət vəkili Yıldırımın polis maşınlarının qarşısına keçərək onlara mane olması əks olunub.

Bəxtiyar Umarlı
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dəmirtaşın tutulma anı: partiya üzvləri polisə mane olmaq istədilər - VİDEODəmirtaşın tutulma anı: partiya üzvləri polisə mane olmaq istədilər