ATƏT: "ABŞ hökuməti Dağlıq Qarabağla bağlı öz öhdəliklərini yerinə yetirə bilmir"

ATƏT: "ABŞ hökuməti Dağlıq Qarabağla bağlı öz öhdəliklərini yerinə yetirə bilmir"
21:33 4 Noyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Biz ABŞ hökumətinin öz fiziki və hüquqi vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində öz öhdəliklərini yerinə yetirə bilməməsindən təəssüf hissi keçiririk.

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin ATƏT Daimi Şurasının 1117 saylı iclasında Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə bağlı bəyanatında deyilir.

Bildirilir ki, ATƏT-ə üzv ölkələr hüquqi və fiziki şəxslərin qanunsuz fəaliyyətlərinin qarısının alınması və dayandırılması üçün bir sıra öhdəliklər nümayiş etdiriblər: “Biz ABŞ hökumətini ATƏT yanında və digər öhdəliklərini yerinə yetirməyə və bu kimi fəaliyyətlərin qarışını almaq üçün təcili tədbirlər görməyə çağırırıq. Biz ABŞ hökumətini ATƏT-in müvafiq icra strukturlarının köməyi ilə öz milli qanunvericiliyini beynəlxalq öhdəliklərə uyğunlaşdırmağa və bu məsələ ilə bağlı dialoqa girməyə çağırırıq”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR