PSJ-nin eks idman direktoru Leonardo "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo haqqında tənqidi fikir səsləndirib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, Mourinyonu 70-ci illərdə populyar olmuş italiyalı musiqiçi Dalloya bənzədib.
"Fikrimcə, onlar transfer bazarında pis işlədilər. "Yunayted" çox pul xərcləsə də, nəticəsini görə bilmir. Bunda Mourinyonun səhvi var. O, bir az Luço Dalloya bənzəyir. Dallo 70-ci illərdə bir sıra yaxşı mahnılardan sonra uğurunu təkrarlaya bilmədi".
Milli.Az