"Mançester Yunayted"in eks-futbolçusu Niki Batt klubun əvəzedici komandasında müvəqqəti olaraq baş məşqçi funksiyalarını yerinə yetirəcək.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, əvvəlki çalışdırıcı Uorren Coys "Wigan Athletic"in sükanı arxasına keçdiyindən onun vəzifəsi Batta tapşırılıb. Sabiq yarımmüdafiəçi "Yunayted" futbol akademiyasının yetirməsidir. Daha öncə klubun U-19 komandasını çalışdırıb. O, "qırmızı şeytanlar"la 6 dəfə İngiltərə çempionu olub.
Milli.Az