Kəşfiyyatçılarımızın hazırlıq səviyyəsi yoxlanılır

Kəşfiyyatçılarımızın hazırlıq səviyyəsi yoxlanılır
10:19 6 Noyabr 2016
168 Digər
Ölkə mətbuatı
A- A+

Cəbhəboyu zonada yerləşən hərbi hissələrin kəşfiyyat bölmələri ilə hazırlıq məşqləri keçirilir. Lent.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, məşqlərdə əsas diqqət gündüz və gecə vaxtı, məhdud görünüş və istənilən hava şəraitində, dağlıq və digər mürəkkəb relyefli ərazilərdə bölmələrin fəaliyyətinə yönəlib.

Ən müasir müşahidə və kəşfiyyat vasitələri ilə təchiz edilmiş şəxsi heyətin təlimata uyğun olaraq təhlükəli ərazilərdə hərəkətinə, gecəgörmə cihazlarından istifadə etməklə şərti düşmənin nəzarətində olan mövqelərdə və onun müdafiəsinin dərinliyində fəaliyyət göstərmək tapşırıqlarına xüsusi diqqət yetirilir.

Eyni zamanda silahla davranış, nişanalma, müxtəlif növ silahların düzgün tətbiqi, atəş zamanı hərəkət üsulları və digər tədris tapşırıqları da icra edilir.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/258691

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR