Yeni televizor alanlar artır - nələrə diqqət yetirməliyik? - VİDEO

Yeni televizor alanlar artır - nələrə diqqət yetirməliyik? - VİDEO
21:17 6 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Son bir həftə ərzində paytaxtda ticarət mərkəzlərində televizor alanların sayı çoxalıb. Bunun başlıca səbəbi Bakı və Sumqayıt, o cümlədən Abşeron yarmadasında rəqəmsal yayıma keçidlə bağlıdır. Bəs görəsən alıcı bolluğu qiymətlərə də təsir edibmi?

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, son günlər televizor bazarında alıcı aktivliyi müşahidə olunur. Satıcılar bunu Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron yarımadasında rəqəmsal yayıma keçidlə əlaqələndirirlər

Ancaq bəzi mağazalarda satışda hələ də rəqəmsal yayımı dəsdəkləməyən televizorlara rast gəlmək mümkündür. Bəs görəsən hansı ilin istehsalı olan televizorlar rəqəmsal yayımı dəsdəkləyir.

Bazarlardakı alıcı aktivliyi qiymətlərə də təsirsiz ötüşməyib. Satıcıların sözlərinə görə, televizor qiymətlərində modelindən asılı olaraq 20-50 manat arasında artım müşahidə olunur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR