Məşhur müğənni vəfat etdi

Məşhur müğənni vəfat etdi
10:52 7 Noyabr 2016
103 Dünya
Ölkə mətbuatı
A- A+

Populyar bolqar müğənni, bəstəkar və rejissor, 74 yaşlı Biser Kirov vəfat edib.

Bu barədə bolqar müğənni Yordanka Xristova Facebook səhifəsində məlumat verib.

Milli.Az bildirir ki, o yazıb: "Bir neçə dəqiqə əvvəl öyrəndim ki, həmkarım və dostum Biser Kirov vəfat edib! Tanrım, nə qədər əzab... Əlvida!"

Bolqarıstanın Milli Radiosunun verdiyi məlumata görə, 74 yaşlı sənətçi bazar ertəsinə keçən gecə vəfat edib.

B.Kirov Avropa, Amerika, Asiya və Afrikada 4500-dən artıq konsert vermişdi. O, bolqar, rus, alman, çex, polyak, ispan və s. dillərdə 300-dən artıq mahnının bəstəkarıdır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR