Özündən 33 yaş kiçik sevgilsinin boğazını kəsən MƏHKƏMƏ QARŞISINDA

Özündən 33 yaş kiçik sevgilsinin boğazını kəsən MƏHKƏMƏ QARŞISINDA
16:04 7 Noyabr 2016
136 Digər
Ölkə mətbuatı
A- A+

22 yaşlı sevgilisi  qətlə yetirən 1961-ci il təvəllüdlü Vidadi Qarayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

 

Lent.az-ın məlumatına görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı noyabrın 18-ə təyin edilib.

 

Qeyd edək ki, qətl bu ilin iyul ayının 2-də Bakı şəhər Nəsimi rayonunda, Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində yerləşən yeraltı keçiddəki mağazada baş verib. 1961-ci il təvəllüdlü V.Qarayev Tərtər rayon sakini olan tanışı, 1994-cü il təvəllüdlü Gülpəri Rasim qızı Aslanlının boğazına bıçaqla vuraraq onu öldürüb.

 

Təqsirləndirilən şəxs ilkin ifadəsində deyib ki, G.Aslanlı ilə bir müddət əvvəl tanış olub və aralarında münasibət yaranıb. O, tanışını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR