İtaliya xarici işlər naziri Paolo Centilyoninin Azərbaycana səfəri başlayıb.
Milli.Az APA-ya istinadən bildirir ki, iki gün davam edəcək səfər müddətində nazirin Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və energetika naziri Natiq Əliyevlə görüşləri olacaq.
İtaliyalı nazir Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını da ziyarət edəcək.
Qeyd edək ki, P. Centilyoni Cənubi Qafqaz turnesi çərçivəsində Azərbaycana Gürcüstandan gəlib, buradan isə Ermənistana səfər edəcək.
Milli.Az