Cəlilabad rayonunda fərdi yaşayış evi tamamilə yanıb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Dələli kəndində Qədir Qürbətova məxsus birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri cəlb olunub. Ev tamamilə yansa da, yanğının ətraf əraziyə yayılmasının qarşısı alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.