Türkiyədə 20 Gülənçi pilot həbs olundu

Türkiyədə 20 Gülənçi pilot həbs olundu
18:23 7 Noyabr 2016
89 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə polisi tərəfindən ölkənin Hərbi Hava Qüvvələrindəki Fətullah Gülən şəbəkəsinə qarşı keçirilən əməliyyat zamanı 69 pilot saxlanılıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, əməliyyat zamanı saxlanılan 69 pilotdan 20-nin barəsində həbs qərarı verilib. Həbs olunan 20 pilotdan 2-i qadın, 1-i isə polkovnikdir.

Digər 49 pilot isə şərti azadlığa buraxılıb. Onlar barəsində xaricə çıxmaq qadağan olunub.

Həbs edilən pilotlara qarşı “Türkiyə Konstitusiyasını tanımamaq, hökumətə qarşı qiyam, terror təşkilatına üzv olmaq” kimi ittihamlar irəli sürülüb.

Vasif Həsənli

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR