Bu smartfon satışa çıxarılan kimi 10 saniyəyə satıldı

Bu smartfon satışa çıxarılan kimi 10 saniyəyə satıldı
08:05 8 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Çində "Xiaomi Mi Mix" smartfonlatının satışlarına start verilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki,  ilk partiyanın bütün cihazları cəmi 10 saniyəyə satılıb ki, bu da şirkət üçün mütləq rekord hesab olunur.

"Xiaomi Mi Mix" 4 GB əməliyyat yaddaşı olan standart versiyalı smartfonlarının qiyməti 515 dollar təşkil edir. 6 GB əməliyyat yaddaşı olan və əl izləri skaneri olan versiyasının qiyməti isə 593 dollara satılır.

Növbəti partiya smartfonlartın satışı isə noyabrın 8-də baş tutacağı gözlənilir.

Mütəxəssislər təxmin edir ki, yeni rekord qeydə alına bilər. Çünki "Xiaomi Mi Mix" smartfonları məhdud partiyalarla satışa çıxarılacaq və ayda cəmi 10 min ədəd təşkil edəcək.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR