"Ronaldu məni daha yaxşı futbolçu etdi"

"Ronaldu məni daha yaxşı futbolçu etdi"
09:32 8 Noyabr 2016
168 İdman
Ölkə mətbuatı
A- A+

"Arsenal"ın türk əsilli oyunçusu Məsut Özil "Real"ın futbolçusu Kriştianu Ronaldu haqda danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, klubun saytına açıqlama verən almaniyalı yarımmüdafiəçi sabiq komanda yoldaşı haqda xoş sözlər deyib:

"Onunla oynamaqdan zövq alırdım. O, həqiqtən yaxşı bir futbolçu və dostdur. Olduqca peşəkardır, mübarizdir. Hətta məşqlərdə də mübariz ruhda olur. 

Ronaldunun mənə də təsiri oldu. O, məni daha yaxşı futbolçu etdi".  

Qeyd edək ki, Özil 2010-13-cü illərdə Ronaldu ilə "Real"da komanda yoldaşı olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/487310.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR