Bakının Xəzər rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 128 m2 olan birmərtəbəli 3 otaqlı evin 1 otağının və dam örtüyünün yanar konstruksiyaları 78 m2 sahədə yanıb.
Milli.Az FHN-ə istinadən bildirir ki, yanğının kəşfiyyatı zamanı 1971-ci il təvəllüdlü Hümbətov Qalib Səfər oğlunun yanmış meyidi yanğınsöndürənlər tərəfindən aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 07:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Milli.Az