Bakı Musiqi Akademiyasında "EKO-həyat" layihəsi keçiriləcək

Bakı Musiqi Akademiyasında "EKO-həyat" layihəsi keçiriləcək
15:32 8 Noyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası Prezidenti Yanında Gəclər Fondunun dəstəyi ilə Bakı Musiqi Akademiyasında VIII qrant müsabiqəsində qalib olmuş "EKO-həyat" layihəsinin keçiriləcək. Layihə rəhbəri Zaur Fərəcovun verdiyi məlumata görə layihə gənclərin həm yaradıcılıq qabiliyyətinin artırılmasına, həmçinin həyatı daha ekonomik, az büdcəli etməyə, eyni zamanda məişət tullantılarının daha yararlı hala gətirilməsinə və ekologiyanın təmizlənməsinə xitmət edir. Belə ki, layihə çərçivəsində gənclərə - "Məişət tullantılarının yenidən fərqli məqsədlər üçün istifadəyə yararlı hala gətirilməsi" mövzusunda təlim keçiriləcək. Layihənin noyabr ayının 18-i start götürəcəyi nəzərdə tutulmuşdur. Tədbir iki gün baş tutacaqdır. İlk gün təlim şəklində, ikinci gün isə gənclərin özlərinin hazırladığı əl işlərinin təhlilinə həsr olunacaqdır.

Xüsusi istedadı və əl işləri olan kreativ düşüncəli gənclər də layihədə bacarıqlarını nümayiş etdirə bilər.

Dərsin sonunda hazırlanmış əşyalar iştirakçılara xatirə hədiyyəsi kimi paylanacaq.

Layihənin əsas məqsədi gənclərimizi ekonom və ekoloji təmiz həyata çağırmaq, məişət tullantılarının yenidən istifadə oluna bilməsi faktı ilə gəncləri yaxından tanış etməkdir. Bu layihə bir növ sosilal çağırış xarakteri də daşımaqdadır.

Son qeydiyyat tarixi : 10.11.2016 afetislam@musicacademy.edu.az +994(050) 5855133, +994(055) 9553153, 050 417 77 75

Layihənin keçirilmə tarixi : 18.11. 2016 - 13.00, 19.11.2016 - 16.00

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487495.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR