Nazir İslam Həmrəyliyi oyunlarından danışdı

Nazir İslam Həmrəyliyi oyunlarından danışdı
16:33 8 Noyabr 2016
82 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün IV İslam Həmrəyliyi oyunları Koordinasiya Komissiyasının sayca 4-cü iclası öz işinə başlayıb.

İclasda IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, nazir Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar, İHİF- in 1-ci vitse-prezidenti, Əlaqələndirmə komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum və digər rəsmilər iştirak ediblər.

IV İslam Həmrəyliyi oyunları Koordinasiya komissiyasının İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, polkovnik Hamad Kalkaba Malboum ilk olaraq Azərbaycan Hökumətinin IV İslam Həmrəyliyi oyunlarının hazırlıq prosesinə ciddi yanaşdığını və bu istiqamətdə işlərin yüksək səviyyədə aparıldığını bildirib: “Bu gün Koordinasiya Komissiyasının 4-cü iclasında biz 2017-ci ildə bütün İslam dünyasını özünə cəlb edəcək IV İslam Həmrəyliyi oyunlarına hazırlıq prosesinin yüksək templə getdiyinin şahidi olduq. Növbəti, oyunlara 6 ay qaldığı müddət ərzində əminəm ki, Azərbaycan İslam Oyunları Əməliyyat Komitəsi ilə əməkdaşlığı daha sıx şəkildə davam etdirəcəyik”.

IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov isə öz çıxışında hazırlıq prosesi haqqında danışıb: “12 may 2017-ci ildə Bakıda baş tutacaq IV İslam Həmrəyliyi oyunlarına 6 aydan çox vaxt qalıb və təbii ki, bu müddət ərzində görülməli işlər çoxdur. Lakin sevinirəm ki, ötən vaxt ərzində hazırlıq prosesi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyalarından müsbət rəylər almışıq”.

Nazir çıxışında qeyd edib ki, 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək Azərbaycanın tarixində başqa bir mühüm mərhələ olmaqla bərabər, eyni zamanda islam dünyası xalqlarını idmanı bayram kimi qeyd etməyə ilhamlandıracaq.

Pərviz


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/175202.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR