Səhiyyə Nazirliyi: Nikaha görə tibbi müayinələr pulsuzdur

Səhiyyə Nazirliyi: Nikaha görə tibbi müayinələr pulsuzdur
18:52 8 Noyabr 2016
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu vaxtdan (2015-ci il 1 iyun) bu ilin oktyabr ayının sonuna qədər müayinədən 207731 nəfər keçib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müayinələrdə müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumu qənaətbəxş olub. Bu ilin oktyabr ayı ərzində müayinədən keçmiş şəxslərdən 421 nəfərdə talassemiya daşıyıcılığı, 47 nəfərdə sifilis, 6 nəfərdə isə QİÇS aşkarlanıb.

Qeyd edək ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiqi ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər. Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuzdur.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR