Yuğ Teatrı beynəlxalq festivala dəvət alıb

Yuğ Teatrı beynəlxalq festivala dəvət alıb
16:46 10 Noyabr 2016
46 Şou
Ölkə mətbuatı
A- A+

Paytaxtımızda “Multikulturalizm və teatr” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransında xarici və yerli mütəxəssislər Yuğ Dövlət Teatrının bir neçə tamaşasını izləyib.

Axşam.az-ın məlumatına görə, onlar arasında M.Mikayılovun “Medeya. Sekvensiya 01” və baş rejissor G.Ömərin “Naməlum Axundzadə” tamaşaları yer alıb. Hər iki tamaşa qonaqlar tərəfindən maraqla qarşılanıb.

M.Mikayılovun “Medeya. Sekvensiya 01” tamaşası hər il Gürcüstanda keçirilən və teatr aləminin ən mötəbər festivallarından sayılan Tbilisi Beynəlxalq Teatr Festivalının təşkilatçılarından teatrşünas, doktor, professor İrina Qoqoberidzenin və festivalın koordinatoru teatrşünas Lela Oçuairinin xüsusi marağına səbəb olub və festivala dəvət edilib.

Həmçinin Konfransın ikinci günü (8 noyabr) Yuğ Dövlət Teatrının ədəbi hissə müdiri, teatrşünas Elçin Cəfərov “Yuğ teatrı: Şərqdə Qərb paradoksu” adlı məruzə ilə çıxış edib.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60868

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR