ABŞ-da prezident seçkilərində Donald Trampın qələbəsindən sonra müsəlmanlar, azlıqlar və qeyri-ənənəvi seksual oriyentasiyanın nümayəndələrinə qarşı hücumlar artıb.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, “Twitter” istifadəçiləri milyarderin tərəfdarlarını hücumlarda ittiham ediblər.
“Twitter” istifadəçilərindən biri “Tramp. Birinci gün” ifadəsi ilə hücuma məruz qalanlardan birinin şəklini paylaşıb.
ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçirilib. Respublikaçılar Partiyasının namizədi Tramp qələbə qazanıb.
Ömər Dağlı