“Report” SOCAR-a istinadən xəbər verir ki, eyni zamanda saat 09:00-dan 18:00-dək Astara Magistral qaz kəmərləri sahəsinin “İmişli”, “Axundov”, “Saatlı”, “Qaracalar”, “Otuzikilər” və “Əlillər” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində aparılan işlərin İmişli, Saatlı, Sabirabad və Ağstafa rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.