İkinci Adəmin (ə) şirin vücudu

İkinci Adəmin (ə) şirin vücudu
22:42 10 Noyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Tavus Yəmani nəql edir: "Bir il həccə getmişdim. Səfa və Mərva arasında səy etmək istəyirdim. Səfa dağına çatan zaman bir cavanı gördüm ki, köhnə bir paltar geyinmişdi. Üzündə salehlərin əsərini gördüm. Səfaya qalxan zaman gözü Kəbəyə dəydi. Üzünü səmaya qaldırıb dedi:

انا عريان كماتري ، انا جائع كماتري فيماتري يا من يري و لا يري
Bədənimə titrəmə düşdü. Baxdım və gördüm ki, göydən iki qab yerə endi. Həmin qablarda elə meyvələr gördüm ki, onun kimisini indiyə qədər görməmişdim. O, mənə nəzər saldı və dedi: "Ey Tavus!". Dedim: "Ləbbeyk, ya seyyidi!".
"Bunlardan istəyirsənmi?".
Dedim: "Paltara hacətim yoxdur, ancaq qabda olana var".
O ikisindən bir ovuc mənə verdi. Mən də onu ehramın bir tərəfinə bağladım.
O, dedi:
رب اغفروا رحم و تجاوز عما تعلم انك انت الاعز الاكرم
Mən onun arxasınca gedirdim və böyük bir cəmiyyət mənimlə onun arasına fasilə saldı. Salehlərin birindən həmin cavanın kim olduğunu soruşdum. Dedi: "Ey Tavus! Sən onu tanımırsan? O, ikinci Adəmdir (ə). O, ərəbin rahibidir. O, mövlamız Zeynəlabidin Əli ibn Hüseyndir (ə)".
Ondan ayrı düşdüyüm üçün həsrət çəkdim və pis oldum ki, onun xidmətində oldum, ancaq ondan faydalana bilmədim".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR