Qorxu altında ikən İmam Hüseyni (ə) ziyarət edən şəxsin savabı

Qorxu altında ikən İmam Hüseyni (ə) ziyarət edən şəxsin savabı
23:47 10 Noyabr 2016
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Əbul-Qasim Cəfər ibn Muhəmməd ibn Qavləveyh Qummi özünün "Kamiluz-Ziyarat" kitabında öz sənədləri ilə nəql edir. Zürarə İmam Baqirdən (ə) soruşdu: "Qorxu altında ikən atanı (İmam Hüseyni) ziyarət edən şəxs barəsində nə deyirsən?"

Milli.Az deyerler.org-a istinadən bildirir ki,  İmam Baqir (ə) buyurdu: "Ən böyük qorxu günündə (Qiyamət günündə) Allah onu əmin-amanlıqda qərar verər, mələklər onu müjdələyər. Ona deyilər: "Qoxma və kədərlənmə, bu, sənin qalib olduğun gündür"".
 
Muhəmməd ibn Müslüm nəql edir ki, İmam Baqir (ə) mənə dedi: "İmam Hüseynin (ə) qəbrini ziyarətə gedirsən?".
 
Dedim: "Bəli, qorxu və həyəcan içində".
 
İmam Baqir (ə) buyurdu: "Onun ziyarətinin savabı keçirilən qorxu və təhlükənin miqdarına müvafiqdir. Qorxu və təhlükə nə qədər çox olsa, savab bir o qədər çoxalır. Kim onun ziyarətinə qorxu halında getsə, Qiyamət günü insanlar Rəblərinin hüzuruna çağırıldıqları vaxt Uca Allah onu amanda saxlayar, məğfirətinə qərq edər, mələklər onu salamlayar, Peyğəmbər (ə) ziyarət edib onun üçün dua edər, Allah tərəfindən ona heç bir pisliyin toxumayacağı nemət və fəzilətlər bəxş olunar, Allahın razılığını qazanar".
 
(Mənbə: "Kamiluz-Ziyarat", 45-ci bab)

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/487936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR