AXCP sədri Əli Kərimli ABŞ-ın yeni prezidenti Donald
Trampa göndərdiyi təbrik məktubunda özünü biabır edib.
Publika.az xəbər verir ki, Ə.Kərimli məktubu
demokratların namizədi Hillari Klintona hazırlayıb.
AXCP sədri məktubda Hillari Klintonu prezident seçilməsi
münasibətilə təbrik edir, demokratlara böyük uğurlar arzulayır,
həmçinin, Hillari Klintonun həyat yoldaşı Bill Klintonun Amerikaya
yaxşı rəhbərlik etdiyini xatırladır. Görünür o, Hillari Klintonun
prezident seçiləcəyinə ciddi şəkildə əmin imiş.
Lakin Klinton yox, Donald Tramp prezident seçildi. Ə.Kərimli də
Hillari Klintona yazdığı məktubun yalnız girişində “Mister Tramp”
sözlərini qeyd edərək, D.Trampa ünvanlayıb.
AXCP sədrinin Klintonun təbrik edildiyi məktubu Trampa
göndərməsinin səbəbləri də maraqlıdır. Bununla bağlı yayılan
məlumatları araşdırarkən, səbəblər də müəyyən qədər aydınlaşır.
Əli Kərimli məktubu özü hazırlamayıb. Gecə saatlarında (məktubun
göndərildiyi saat 03:14 göstərilir) Trampın qalibliyyəti elan
olunan kimi AXCP sədri tələm-tələsik giriş hissəsinə yeni
prezidentin adını əlavə edərək, göndərib. İngilis dilini bilmədiyi
üçün məktubda yazılanları da anlamayıb. Sosial şəbəkələrdə yayılan
məlumatlarda Əli Kərimlinin təbrik məktubunu Xədicə İsmayılın
hazırladığı deyilir.
Qeyd edək ki, bir siyasətçinin belə səhv etməsi siyasi dairələrdə
ciddi yanlış olaraq qəbul edilir və adətən bağışlanmır. Bu
baxımdan, Trampın Əli Kərimlini bağışlayacağını da demək
çətindir.
Asif