Teleradio fəaliyyəti dövlət təhlükəsizliyindən irəli gələn halların siyahısına daxil edilib

Teleradio fəaliyyəti dövlət təhlükəsizliyindən irəli gələn halların siyahısına daxil edilib
13:12 11 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 11 noyabr. REPORT.AZ/ “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin plenar iclasında müzakirə olunub. 
"Report" xəbər verir ki, dəyişikliklə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı yenilənib və teleradio yayımı fəaliyyəti həmin siyahıdan çıxarılıb və dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına əlavə olunub.
Beləliklə, həmin qanun 2 nömrəli əlavəsinə- Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısına- teleradio yayımı fəaliyyəti ilə 5-ci maddə əlavə edilir.
5. Teleradio yayımı fəaliyyəti:
5.1. ümumrespublika televiziya yayımı
5.2. Bakı şəhəri üzrə televiziya yayımı
5.3. regional televiziya yayımı
5.4. ümumrespublika radio yayımı
5.5. Bakı şəhəri üzrə radio yayımı
5.6. regional radio yayımı
5.7. əlavə informasiya yayımı
5.8. abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı
5.9. abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı
5.10. peyk yayımı
5.11. xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət
Müzakirələrdən sonra dəyişiklər təsdiqlənib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/teleradio-fealiyyeti-dovlet-tehlukesizliyinden-ireli-gelen-hallarla-elaqedar-lisenziya-teleb-olunan

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR