Bağdadda növbəti TERROR: Ölənlər var

Bağdadda növbəti TERROR: Ölənlər var
13:52 11 Noyabr 2016
45 Dünya
Ölkə mətbuatı
A- A+

Bağdadın müxtəlif rayonlarında baş verən üç partlayış nəticəsində ən azı yeddi nəfər ölüb, 17 nəfər yaralanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Anadolu agentliyi İraq polisindəki mənbəyə istinadən məlumat yayıb. 

Məlumata görə, iki partlayışda əldəqayırma partlayıcı qurğu işə düşüb, üçüncü halda isə partlayıcı yerləşdirilmiş avtomobil partlayıb. 

Baş verən hadisəyə görə, hələlik heç bir terror təşkilatı məsuliyyəti öz üzərinə götürməyib. Hakimiyyət bunu "İslam dövləti" terror qruplaşmasının yaraqlılarının törətdiyini hesab edir. 

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR