Azərbaycan prezidenti İlham Əliyev Livan prezidenti Mişel Auna təbrik məktubu göndərib.
Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident, Livan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan-Livan əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylər göstərəcəyik.
Eyni zamanda ölkənizin milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Livan xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".
Milli.Az