“Barselona”nın və Hollandiya yığmasının əfsanəvi futbolçusu Yohan Kroyff ölümündən sonra medalla təltif olunub.
Publika.az xəbər verir ki, Kroyff idmandakı xidmətlərinə görə medalla təltif olunub. Bu barədə qərar Barselona şəhər soveti tərəfindən verilib.
Mərhum futbolçunun təltif olunması ilə bağlı xəbər isə onun “tvitter” səhifəsində yayılıb.
Kroyff bu il martın 24-də 69 yaşında vəfat edib.