x
Loading...

Allahşükür Paşazadə Rusiyaya səfəri zamanı Moskva Cümə Məscidi ilə bağlı vəziyyəti müzakirə edəcək

Allahşükür Paşazadə Rusiyaya səfəri zamanı Moskva Cümə Məscidi ilə bağlı vəziyyəti müzakirə edəcək
13:07 12 Noyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Moskva. 12 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə noyabrın 20-də Moskvaya gedəcək.
Bunu "Report"a açıqlamasında QMİ-nin sədr müavini Rəşad Əliyarlı deyib. 
Onun sözlərinə görə, A.Paşazadə səfər zamanı Moskva və bütün Rusiyanın patriarxı Kirilin 70 illik yubileyində iştirak edəcək. QMİ sədrinin səfəri 2 gün davam edəcək.
QMİ-nin Rusiyadakı nümayəndəsi Şafiq Pşixaçev "Report"a bildirib ki, A.Paşazdə Moskvada bir sıra görüşlər keçirməyi, o cümlədən Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin rəhbəri Ravil Qaynutdinlə görüşməyi planlaşdırır: "Allahşükür Paşazadə "Əhli-Beyt" ictimai təşkilatı və Moskva Cümə Məscidinin rəhbərliyi arasında yaranmış mübahisəni nəzarət altında saxlayır. Bununla bağlı aparılan müzakirələrdəəldə olunan nəticələr Moskvaya səfərinin yekununda açıqlanacaq".

Xəbərin orijinal ünvanı: https://report.az/din/allahsukur-pasazade-rusiya-muselmanlari-merkezi-ruhani-i-daresinin-rehberiyle-moskva-cume-mescidi-ile

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR