Rusiyanın paytaxtı Moskva şəhərində bir qrup terrorçu həbs edilib.
Publika.az “TASS”a istinadən xəbər verir ki, Rusiyanın Federal Təhqiqat Bürosu Moskvada və Peterburqda terror aktları həyata keçirməyi planlaşdıran 10 İŞİD üzvünü həbs edib.
Mərkəzi Asiya ölkələrinin vətəndaşları olan bu şəxslərin İŞİD-lə əlaqədə olduqları və qruplaşmadan tapşırıq aldıqları bildirilir.
Anar