Daha bir məşhur bu dağın ətəyində ev aldı - fotolar

Daha bir məşhur bu dağın ətəyində ev aldı -  fotolar
21:51 12 Noyabr 2016
140 Şou
Ölkə mətbuatı
A- A+

Aktrisa Eylül Su Sapan Kaz dağları ətəyində yerləşən bölgədən ev alan məşhurlar siyahısına daxil olub.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, Eylül Toluklar kəndində iki otağı olan ev satın alıb. Alp dağlarından sonra dünyanın ən yüksək oksigen toplanan ərazisi hesab edilən Toluklar kəndi məşhurların ən sevimli məkanıdır.

Serial çəkilişlərindən sonra şəhərin səs-küyündən uzaq qalıb, dincəlmək istəyən tanınmışlar məhz bura yollanır. "Pis yedili", "Kanıt", "Beş kardeş" kimi ekran işlərində rol alan Sapanın kənddə aldığı evin qiyməti gizli saxlanılır.

Kənddəki əmlak işi ilə məşğul olan şəxslər bir çox məşhurun da ev üçün onlara müraciət etdiyini deyib. Onlar atrıq sifarişləri çatdıra bilmədiklərini bildiriblər.





Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61021

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR