İsmayıllıda DƏHŞƏT: Qız anasını uçurumdan atdı

İsmayıllıda DƏHŞƏT: Qız anasını uçurumdan atdı
13:38 13 Noyabr 2016
735 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün İsmayıllı rayonunun Qalacıq kəndində dəhşətli hadisə yaşanıb.

Yerli sakinlərin Publika.az-a verdiyi məlumata görə, Gülzadə Həmzəyov adlı qız anası Şükufə Həmzəyovu uçurumdan atıb. Məlumata görə, ana ilə qız uzun müddət imiş ki, yola getmirmişlər. Buna görə də kəndin icra nümayəndəsi onlara vaqon verib ki, ayrı-ayrı yerlərdə yaşasınlar. Lakin bu da ana və qızın mübahisəsini səngitməyib. Nəticədə bu gün səhər 19-20 yaşı olduğu təxmin edilən Gülzadə Həmzəyov anası 70 yaşlı Şükufə Həmzəyovu kəndin yaxınlığındakı uçuruma gətirərək oradan aşağı atıb.

Təxminən 30-40 metr hündürlüyü olan uçurumdan düşən yaşlı qadının dadına kənd sakinləri çatıb. Onlar Ş.Həmzəyovu xilas edərək evə gətirib və polisi hadisə ilə bağlı məlumatlandırıblar. Hələ ki, polisin gəlməsini gözləyirlər. Qadın ölməsə də, bədənində çoxsaylı sınığın olduğu deyilir.

Qeyd edək ki, Gülzadə Həmzəyovun ruhi xəstə olduğu bildirilir. O, bir neçə gün öncə Bakıda ruhi müalicə alaraq İsmayıllıya qayıdıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/175753.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR