Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 47% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu 47% azalıb
13:02 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 174 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 103 ölkəyə məhsul ixrac olunub, 168 ölkədən idxal olunub.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla hesabat dövründə xarici ticarət dövriyyəsi 15 781,3 mln. ABŞ dolları təşkil edib.
İlin 9 ayında ixracın dəyəri 9 579,8 mln. dollar, idxalın dəyəri 6 201,5 mln. dollar təşkil edib, nəticədə 3 378,3 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. Nəticədə, illik müqayisədə ticarət dövriyyəsinin həcmi 19%, ixrac 25,7%, idxal isə 5,7%, müsbət saldo isə 46,5% azalıb.
Ticarət dövriyyəsinin 38,3%-i Avropa İttifaqı, 12,1%-i MDB, 49,6%-i isə digər ölkələrin payına düşüb.
İxracın strukturunda xam neft, təbii qaz, neft məhsulları, meyvə-tərəvəz, alüminium və ondan hazırlanan məmulatlar, plastik kütlə, qara metallar və onlardan hazırlanan məmulatlar, şəkər, kimya sənayesi məhsulları, pambıq ipliyi və bitki yağları, idxal olunmuş məhsulların dəyərində isə maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, ərzaq məhsulları, qara metallardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri və onların hissələri, plastik kütlə və ondan hazırlanan məmulatlar, oduncaq və ondan hazırlanan məmulatlar, əczaçılıq məhsullarının xüsusi çəkisi üstünlük təşkil edib.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanin-xarici-ticaret-dovriyyesinin-musbet-saldosu-47-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR