12-13 noyabr tarixlərində Sərhədçi Olimpiya Mərkəzində cüdo üzrə kişilər və qadınlar arasında Bakı çempionatı keçirilib. Lent.az-ın məlumatına görə, çempionatda 34 komanda və bu komandalardan 214 idmançı birincilik uğrunda mübarizə aparıb.

Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunu təmsil edən Orxan Əsgərzadə 73 kq çəki dərəcəsində 2-ci yerə, Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Zaur Tağıyev isə 100 kq çəki dərəcəsində 3-cü yerə layiq görülüb.

Hər iki iştirakçının məşqçisi Taleh Sadıqov və Rasim Babayevdir. Yarışın baş hakimi isə Mamed Xudiyevdir.

FHN əməkdaşları cüdo üzrə Bakı çempionatında iştirak ediblər
FHN əməkdaşları cüdo üzrə Bakı çempionatında iştirak ediblər
FHN əməkdaşları cüdo üzrə Bakı çempionatında iştirak ediblər