Bakıda Rusiya vətəndaşına qarşı 150 min dollarlıq dələduzluq edilib

Bakıda Rusiya vətəndaşına qarşı 150 min dollarlıq dələduzluq edilib
15:47 14 Noyabr 2016
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 14 noyabr. REPORT.AZ/ Bakıda Rusiya vətəndaşına qarşı dələduzluq edilib.
“Report”un məlumatına görə, Rusiya vətəndaşı 54 yaşlı Piralı Cəfərov üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
P.Cəfərov Xətai Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, 2015-ci ilin iyun ayında Cahid adlı şəxs mağaza almaq adı ilə ondan 150 min dollar pul alıb və indiyə kimi geri qaytarmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. 

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bakida-rusiya-vetendasina-qarsi-150-min-dollarliq-deleduzluq-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR