Bakıdan göndərilən iki yenotu Rusiyada aeroportda saxladılar

Bakıdan göndərilən iki yenotu Rusiyada aeroportda saxladılar
17:42 14 Noyabr 2016
80 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycandan Rusiyaya aparılan iki yenot Tümenin Roşino aeroportunda Rusiya Baytarlıq və Fitosanitar Nəzarət Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Bakı şəhərindən fərdi şəxs üçün göndərilən bu heyvanlara baxış keçirilib və sağlamlıqları yoxlanılıb.

Yoxlama zamanı onların sağlam olduqları və yaşayacaqları Tümen şəhərinin sərt iqliminə asanlıqla adaptasiya ola bilmələri, həmin şəhərdə onların yaşamaları üçün əlverişli mühitin olması müəyyən edilib.

Verilmiş baytarlıq sənədlərinin yoxlamasından sonra qanun pozuntusu aşkar edilmədiyinə görə heyvanlar sərhəddən buraxılıb.

Qeyd edək ki, məməlilər sinfinə daxil olan bu heyvanın 3-4 növü var. Onlar daha çox su hövzələrinin yaxınlığındakı ağaclıq ərazilərdə yaşamağı sevirlər. Yaxşı üzməyi bacaran bu heyvanlar çox vaxt tək yaşamırlar. Gecələr su içmək üçün gələn heyvanları ovlayırlar. Eyni zamanda yenotlar heyvan, quş, yumurta, böcək və sürünənlərlə də qidalanırlar.

Nə qədər sevimli heyvanlar olsalar da, bəzi bölgələrdə təhlükəli olaraq tanınırlar . Bunun səbəbi ABŞ-ın şərq qütblərində quduz xəstəliyinin başlıca daşıyıcısı olmalarıdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/489340.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR