“Telekom” Azərbaycan Super Liqasının II turunda da qələbə qazanıb

“Telekom” Azərbaycan Super Liqasının II turunda da qələbə qazanıb
19:35 14 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının II turunda "Telekom" komandası səfərdə "Azerreyl" ilə qarşılaşıb. "Telekom" bu oyunda 3:2 hesabı ilə qalib gəlib.
 
Oyunun ilk iki seti bərabər mübarizədə keçsədə, hər iki set 26:24 hesabı ilə "Azərreyl"in xeyrinə bitib.
 
Üçüncü setdə qonaqlar ruhdan düşməyərək, toparlanaraq 25:20 hesabı ilə inamlı qələbə qazanıb. "Telekom" oyunun 4-cü setində üstünlüyü daha da artıraraq 25:14 hesabı ilə rəqibi üstələyib.
 
Gərgin mübarizə şəraitində keçən 5-ci set 13:15 bitərək "Telekom" komandasına "Azərreyl" üzərində 3:2 hesabı ilə qələbə qazandırıb.
 
"Telekomun" bu oyunda ən məhsuldar oyunçuları Marqarita Əzizova (18 xal), Yelizaveta Səmədova (15 xal) və Jovana Vesoviç (14 xal) oldular.
 
Turun digər qarşılaşmasında "Azəryol" "Lokomotiv" üzərində 3:0 (25:16, 25:11, 25:15) hesabı ilə qalib gəlib.
 
Xatırladaq ki, ilk turda "Telekom" "Azəryol" komandasını 3:1 hesabı ilə məğlub etmişdi. 



Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-44337-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR