Soyuq havanı sevməyin səbəbləri - FOTO

Soyuq havanı sevməyin səbəbləri - FOTO
21:27 14 Noyabr 2016
184 Maraqlı
Ölkə mətbuatı
A- A+

Hər fəslin özünəməxsus gözəllikləri var. Amma bəzi insanlar isti, bəziləri isə soyuq havaya daha çox üstünlük verirlər.

Milli.Az axşam.az-a istinadən soyuq fəsilləri sevməyin bir neçə səbəblərini təqdim edir:

1. Soyuq havada isti kofe süzüb "kamin" yanında oturmağın ayrı ləzzəti var.

2. Havalar soyudusa, menyuda da dəyişiklik edilir. Belə ki, insanlar daha çox istiotlu yeməklərə üstünlük verməyə başlayırlar.  

3. Qışda təbiətin gözəlliyini heç nə ilə əvəz etmək mümkün deyil. 

4. Qartopu oynayan elə bir adam yoxdur ki, o, uşaqlığını xatırlamasın.

5. Bir-birinə yaxın olan adamlar soyuq havalarda daha da yaxınlaşırlar.

6. Çöldə soyuqdursa, yorğanın altında uzanıb televizora baxmaq da insana xoş gəlir. 

7. Qış gəldisə, demək, toxunma əl işlərindən istifadə edə bilərsən. Boynunda isti şərf səni daha da cazibədar göstərəcək. 

8. Soyuq və sakitlik - insanlarda arzularının həyata keçməsinə ümidi daha da artırır. 

9. İnsanların ən çox sevdiyi bayramlardan biri "Yeni il" də qış fəslinə təsadüf edir.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/487517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR