Bakıda üzərində tapança gəzdirən keçmiş məhkum saxlanıldı

Bakıda üzərində tapança gəzdirən keçmiş məhkum saxlanıldı
13:05 15 Noyabr 2016
43 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda keçmiş məhkumun üzərindən tapança və marixuana aşkarlanaraq götürülüb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları Binəqədi rayonu ərazisində əvvəllər məhkum olunmuş Sabirabad rayon sakini Səftər İmanovu şübhəli şəxs kimi saxlayıb.

Araşdırma zamanı S.İmanovun üzərindən "Makarov" markalı tapança, patron darağı, 5 ədəd patron və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR