Azərbaycanla Aİ arasında vergi qanunvericiliyinə dəyişikliklər barədə fikir mübadiləsi aparılıb

Azərbaycanla Aİ arasında vergi qanunvericiliyinə dəyişikliklər barədə fikir mübadiləsi aparılıb
17:22 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Vergilər Nazirliyində TAIEX proqramı çərçivəsində fiskal sektorda hüquqi, institusional və iqtisadi mövzuda aparılan tədqiqatla bağlı Avropa İttifaqının missiyası ilə görüş keçirilib. Bu barədə "Report"a nazirlikdən bildirilib. 
Məlumata görə, görüşdə vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi Zaur Fətizadə bildirilib ki, dünyada baş verən qlobal tendensiyalar və beynəlxalq inteqrasiyanın dərinləşməsi bilik menecmentinə əsaslanan, texnoloji baxımdan daim təkmilləşən vergi sisteminin yaradılmasını zəruri edir: "Belə bir sistemin qurulması istiqamətində Vergilər Nazirliyinin həyata keçirdiyi islahatlar müasir prinsiplərə söykənir və bu prinsiplər bütövlükdə milli vergi sisteminin inkişafının elmi əsaslarla aparıldığının, strateji təhlil və innovasiyalardan istifadəyə verilən önəmin əhəmiyyətini bir daha göstərir". 
Həmçinin görüşdə qeyd olunub ki, VN vergidən yayınma hallarının qarşısının alınması, kölgə iqtisadiyyatının aradan qaldırılması və vəsaitlərin büdcəyə yönəldilməsi üçün kompleks tədbirlər həyata keçirir. Vergidən yayınma hallarının qarşısının almaq məqsədilə ictimai məlumatlandırma (“Whistleblow”) mexanizminin hazırlanması perspektiv məsələlərdəndir. Beynəlxalq təcrübə nəzərə alınmaqla vergidən yayınan vergi ödəyiciləri üzərində ictimai nəzarət mexanizminin yaradılması və vergidən yayınma faktları barədə vergi orqanına məlumat verən şəxslərin mükafatlandırılması nəzərdə tutulub.
Layihənin rəhbəri Kristofer Uels isə biznes fəaliyyətinin vergiyə cəlb edilməsi üzrə davranış kodeksinə uyğun olaraq zərərli tədbirlərin aradan qaldırılması ilə bağlı irəliləyiş, inzibati əməkdaşlıq və qarşılıqlı yardım, o cümlədən vergi inzibatçılığının həyata keçirilməsi və icra potensialı barədə danışıb.
Görüşdə fiskal siyasət, xüsusilə də vergi islahatlarının gedişatı, vergi sisteminin iqtisadi siyasət məqsədlərini nə dərəcədə dəstəkləməsi, büdcə vəsaitlərini dəstəkləmək üçün gəlirlərin əldə edilməsində ayrı-ayrı vergi növlərinin rolu, vergi siyasətinin müəyyən edilməsində Maliyyə, Vergilər və İqtisadiyyat nazirliklərinin rolları və vəzifələri, vergi qanunvericiliyində aparılan dəyişikliklərin mexanizmi və mütəmadiliyi, vergi qanunvericiliyində dəyişikliklər layihəsinin hazırlanması və s. barədə fikir mübadiləsi aparılıb.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanla-ai-arasinda-vergi-qanunvericiliyinde-deyisiklikler-barede-fikir-mubadilesi-aparilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR