İtaliya - Almaniya oyununda videotəkrardan istifadə olunacaq

İtaliya - Almaniya oyununda videotəkrardan istifadə olunacaq
19:22 15 Noyabr 2016
86 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ İtaliya və Almaniya yığmaları arasında bu gün keçiriləcək yoldaşlıq oyununda videotəkrardan istifadə olunacaq. 
"Report"un məlumatına görə, oyun ərzində iki köməkçi şəxs oyunun mübahisəli epizodlarını izləyəcək.
Videotəkrarın məqsədi qol, penalti, qırmızı vərəqə və oyunçuların baş hakimə etiraz etdiyi məqamlara aydınlıq gətirməkdir.
Qeyd edək ki, İtaliyada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR