Şirk nədir?

Şirk nədir?
22:22 15 Noyabr 2016
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirk sözü şəriklik, ortaqlıq deməkdir. Şirk ibadətin hər hansı bir növünü Allahla yanaşı başqasına həsr etməkdir. Görürsən ki, insanların çoxu Allahla yanaşı daşa, günəşə, aya, Peyğəmbərə, qəbirlərə, ulduza və başqa şeylərə ibadət edirlər. Uca Allah buyurur: "Onların çoxu ancaq şərik qoşaraq Allaha inanırlar" (Yusuf, 106).
Yəni insanların çoxu Allahın yaradan, ruzi verən və idarə edən olmasına inandıqları halda Allahdan qeyrilərinə ibadət edərək Ona şərik qoşurlar.

Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbərin zamanında Allaha şərik qoşan müşriklər Allahın yaradan, ruzi verən və idarə edən olduğunu təsdiqləyirdilər, lakin ibadətdə Allaha şərik qoşurdular. Belə ki, onlar bütlərə tapınır, onlara dua edir, onlardan yardım diləyirdilər. Uca Allah buyurur:
"De: "Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?" Onlar: "Allahındır!"- deyəcəklər. De: "Bəs düşünüb ibrət almayacaqsınız?" De: "Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?" Onlar: "Allahdır!"- deyəcəklər. De: "Bəs qorxmursunuz?" De: "Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?" Onlar: "Allahdır!"- deyəcəklər. De: "Bəs necə olur ki, aldanırsınız?" (əl-Muminun, 84-89).
Müşriklər bütlərin yağış yağdırdıqlarını, bu aləmə ruzi verdiklərini və işləri səhmana saldıqlarını etiqad etmirdilər. Əksinə, onlar etiqad edirdilər ki, bütün bunları edən Allahdır. Onlar bilirdilər ki, yaradan yalnız Allahdır və Ondan başqa hər şey məxluqdur. Lakin onlar ibadətdə bütləri Allahla özləri arasında vasitə edir, bu bütlərin onları Allaha yaxınlaşdırdıqlarına inanırdılar.

Bu barədə Uca Allah buyurur: "Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"- deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz" (əz-Zumər, 3).
Müşriklər ibadətdə Allaha şərik qoşduqlarına görə Allah onları İslama daxil etməmişdir.
Allaha şərik qoşmaq ən böyük günahdır və Allaha qarşı edilən ən böyük haqsızlıqdır. Uca Allah buyurur: "Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!" (Loğman, 13).
Allaha şərik qoşanın bütün əməlləri boşa çıxır. Allah buyurur: "Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan" (əz-Zumər, 65).
İnsan bu günahdan tövbə etmədiyi halda ölərsə, Allah onu heç vaxt bağışlamayacaq: "Şübhə­siz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (daha kiçik günahları) isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur" (ən-Nisa, 48).

Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: "Uca Allah buyurdu: "Mən şərik olmağa möhtac deyiləm. Kim bir əməl edər və əməlində bir kəsi Mənə şərik qoşarsa, onu da, onun qoşduğu şəriki də tərk edərəm". (Muslim, 2985).

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Dünyanın ən ACGÖZ KRALI: 50 otaqdan ibarət MƏTBƏX və daha nələr... - FOTO

25 Sentyabr 2017 14:03

"Qarabağ" -"Roma" oyunun hakimləri açıqlandı

25 Sentyabr 2017 13:59

"Göztəpə"-dən növbəti inamlı qələbə

25 Sentyabr 2017 13:59

"Topaz" şirkəti "Abşeron" yatağının işlənməsində iştirak edəcək

25 Sentyabr 2017 13:57

"Azərbaycan İraqın şimalındakı referenduma qarşıdır” - Allahşükür Paşazadə

25 Sentyabr 2017 13:54

Mark Zukerberq “Facebook”un hissələrini satır: ÖRNƏK OLACAQ SƏBƏB

25 Sentyabr 2017 13:53

Almaniyada 12 ildir dəyişməyən hakimiyyət - Angela Merkelə alternativ tapılmır?!

25 Sentyabr 2017 13:52

Yadplanetlilərin tikdiyi deyilən piramidaların sirri ortaya çıxdı - FOTOLAR

25 Sentyabr 2017 13:48

Orxan Sadıqlını meydan qovan hakim "Qarabağ" üçün gəlir

25 Sentyabr 2017 13:47

Yevlaxda silahlı insident olub

25 Sentyabr 2017 13:47

Rusiyada dünya çempionunu öldürən Anar barədə POLİSDƏN GÖZLƏNİLMƏZ ADDIM - VİDEO

25 Sentyabr 2017 13:43

Bəxtiyar Vahabzadənin ailəsinə ağır itki

25 Sentyabr 2017 13:40

Hər səhər acqarına bir stəkan için

25 Sentyabr 2017 13:35

İngiltərədə imama hücum etdilər

25 Sentyabr 2017 13:33

Bu həftə ABŞ dollarının məzənnəsinə təsir edəcək açıqlamalar gözlənilir

25 Sentyabr 2017 13:32

Gürcüstanın Borjomi bölgəsində yanğın lokallaşdırılıb

25 Sentyabr 2017 13:32

Gəncədə avtomobil qadını ərinin gözləri qarşısında vuraraq öldürüb

25 Sentyabr 2017 13:32

"Fənərbaxça"- "Beşiktaş" oyununun hakiminə AĞIR CƏZA

25 Sentyabr 2017 13:29

"Windows" istifadəçilərinə xəbərdarlıq edildi

25 Sentyabr 2017 13:29

UEFA "Qarabağ" - "Roma" oyununa təyinatları açıqladı

25 Sentyabr 2017 13:27

Tehrandan kürd muxtariyyətinə ZƏRBƏ

25 Sentyabr 2017 13:23

Yevlaxda xəstəxanaya düşən şəxsin narkotik oğurlayarkən güllələndiyi məlum olub

25 Sentyabr 2017 13:22

Hindistanda fabrikdə yanğın olub, 8 ölü, 25 yaralı var

25 Sentyabr 2017 13:22

ATƏT PA-nın rəsmisi məcburi köçkünlərlə görüşüb

25 Sentyabr 2017 13:19

Yaşlanma və qırışlar əleyhinə ən yaxşı 4 İÇKİ

25 Sentyabr 2017 13:18

"Qarabağ" - "Roma" matçının hakimləri açıqlanıb

25 Sentyabr 2017 13:17

AFFA "Bakılı" və "Şahdağ"la bağlı qərar verdi

25 Sentyabr 2017 13:17

"Qalatasaray" gözlənilməz dönüş etdi

25 Sentyabr 2017 13:17

Sürücü maşınla divar arasında qalıb öldü - ABŞERONDA

25 Sentyabr 2017 13:14

Nasist partiya parlamentdə

25 Sentyabr 2017 13:14

“Artıq zəmin hazırlanıb” - Ankaradan müharibə XƏBƏRDARLIĞI

25 Sentyabr 2017 13:13

Rusiyanın ən kriminal regionları açıqlanıb

25 Sentyabr 2017 13:07

Faiq Ağayevdən sərt reaksiya

25 Sentyabr 2017 13:06

Allahşükür Paşazadə İstanbulda - FOTO

25 Sentyabr 2017 13:04

Ömürlük məhbusların şərti azadlığa buraxılması üçün YENİ QAYDA

25 Sentyabr 2017 13:03

Bakı Ali Neft Məktəbinin 18 məzunu “Azneft”də işlə təmin edilib

25 Sentyabr 2017 13:02

Ailəsini qətl edən şəxs: "Sanki özüm deyildim"

25 Sentyabr 2017 12:59

XƏBƏRDARLIQ: Temperatur bir qədər də enəcək

25 Sentyabr 2017 12:59

30 nəfəri öldürüb yeyən ƏR-ARVAD ƏLƏ KEÇDİ: 18 illik cinayətin DƏHŞƏTLİ DETALLARI

25 Sentyabr 2017 12:58

Türkiyə XİN ölkə vətəndaşlarını İraqın şimalını tərk etməyə çağırıb

25 Sentyabr 2017 12:57

Türkiyənin baş naziri: “Referendum”un barış və sabitliyə heç bir təsiri olmayacaq”

25 Sentyabr 2017 12:57

Azərbaycan Mərkəzi Bankı 100 mln. manat cəlb edib

25 Sentyabr 2017 12:57

Bərdədə 6 yaşlı uşaq poliklinikada ölüb

25 Sentyabr 2017 12:57

Ermənistanda rus dili xarici dil statusu alıb

25 Sentyabr 2017 12:57

Azərbaycanda narkomanlar həbs edilməyəcək

25 Sentyabr 2017 12:53

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycanda səfərdədir

25 Sentyabr 2017 12:52

Azərbaycan Premyer Liqasında mövsümün ilk və 50-ci qollarının müəllifi eyni futbolçu olub

25 Sentyabr 2017 12:52

Bakıda müğənninin qətl törətməkdə təqsirləndirilən atasının məhkəmə istintaqı başa çatıb

25 Sentyabr 2017 12:52

Ömürlük məhbuslara güzəşt tətbiq ediləcək - AZƏRBAYCANDA

25 Sentyabr 2017 12:49

Çində yanğın dəhşəti: 11 nəfər öldü

25 Sentyabr 2017 12:48