Bakıda DƏHŞƏTLİ CİNAYƏT: qaynanasının boğazını kəsdi

Bakıda DƏHŞƏTLİ CİNAYƏT: qaynanasının boğazını kəsdi
10:17 16 Noyabr 2016
114 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 56 yaşlı qadın boğaz nahiyəsindən bıçaq xəsarətləri alıb.

Milli.Az report-a istinadən bildirir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsi, "Yeni sahə" adlanan ərazidə baş verib.
Belə ki, 1960-cı il təvvəllüdlü Hüseynova Bəsti Kərim qızı münaqişə zəminində kürəkəni tərəfindən boyun nahiyəsindən bıçaqlanıb. Ağır xəsarət alan B.Hüseynova xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Bəsti Hüseynovanın qızı həyat yoldaşından 5 il əvvəl ayrılıb. Yenidən ailə həyatı qurmaq üçün ər arvadına barışıq təklifi edib. Lakin onların arasında mübahisə düşüb. Bu zaman ər öz arvadını bıçaqlamaq istəyib. Mübahisə zamanı kürəkəninin qızını bıçaqlayacağını görən B. Hüseynova onların arasına girib və nəticədə bıçaq qadına tuş gəlib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489827.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR